Şokoladlı 🍪 qurabiye

Uzun fasiıeden sonra sizinle bu resepti paylaşmaq isteyırem. Şokolad manyaklarına həsr olunur.

Peçenye üçün lazım olan erzaqlar:

180 qr qara şokolad( 65% ve üstü kakaolu) 

Burda vacib qeyd: südlu şokolad qeti olmaz! Ancaq qara Şokolad. 

100 qr kərə yaği

45 qr un

140 qram Şəkər

2 yumurta

Çay qaşığının ucunda qabartıcı toz

Krem

Krem klassik reseptdə maskarpone ilə araxis pastasının qarışığıdı

Amma mənim daha çox gilemeyve ilə yağ+şəkər pudrası kremi xoşuma gəldi.

Ona göre hər iki kremin hazirlanma texnikasi ilə bölüşəcəyəm. Hansı daha çox xoşunuza gəlsə, ya ağız dadıvıza uyğun olsa istifadə edin.

Hazırlanma

  1. Sobanı 180 dərəcəyə qoyub yandırın. 
  2. Şokoladı ve kərə yağını bir qaba qoyun ve eridin. Mikrodalğalı sibanız varsa onda istifade edin. Yoxdursa dədə baba üsulu ilə su vannasindan istifade edin. Su vannası: qazana bir az su tökün, qazanın üstünə bur oda davamlı qabda şokolad ve yaği qoyun. Atəş qısıq olmalıdı. Qazandakı su isti olmamalıdı. Niye bele detalları ilə yazıram: bu xırda detallara fikir vermesez şokolad çürüyə bilər. Çürük şokoladı isə zibilə atmaqdan başqa bir yolu yoxdu. Şokolad və yağ əriyən kimi qazanın üstündən götürün. Yaxşıca qarışdırın.
  3. Başqa qabda yumurta ilə şəkəri qarışdırın. Hardasa 10 -15 dəqiqə çalın.
  4. Şokoladı yavaş-yavaş yumurtaya əlavə edin. Çalın. Sonra un və  qabartıcı tozu əlave edin. Yenə çalın. Və 5-10 deqiqəlik xəmir haqqında unudun. Bu vaxt ərzində kofe və çay için.
  5. Xəmir hazırdı. Qalır onu bişirmək. Əgər kondıtor meşokuvuz varsa xəmiri onun içinə tökün, yoxdursa adi plastik balaca paketdən istifade edib ucunu kəsin, kalkadanda konditor meşoku hazırlaya bilərsiz, ən pis halda qaşıqla da forma verə bilərsiz. Amma sonuncu çox qemaroylu üsuldu. Yaxşı forma alınmır, əlləriviz və mətbəxiniz batacaq. 
  6. Nəyin üstündə sobada bişirəcəyiniz mövzuda: kalka ya selikon xəlçələr. Selıkon xəlbələri mən şəxsən sevmirəm. Neçə dəfə sınamışam klaka ılə daha yaxşi efekt əldə edilir( amma bu məsələ qara şokolad kimi prinsipial deyil).
  7. Belə şaxmatvari kalkanın üstünə xəmiri tökün. Və sobaya göndərin, təjrar edirəm 180 dərəcədə isidilmiş sobaya. 10 -15 dəqiqə sobanın qapısını açmadan bişirin. Niyə 10-15 dəqiqə. Hər soba fərqlidi. Məsəslən mənim sobamda 15 dəqiqəyı haxır olur, amma eyni peçenyeni mənim rəfiqəm gildə hazırlayanda 10 dəqiqı vaxtımızı aldı.

Belə bir şey alınmalidi. Soyuduqdan sonra selikonun ya klakanın üstündən ayırın

Krem.

Makarun ve makarun formalı peçenyelır indi dəbdədi. Ona görə bütün peçenyrlərə makarun forması yəni arasına krem vurub iki peçenyeni birləşdirmək tendensiyası var. Məncə bu peçenyeni daha dadlı edir. İstəyirsizsə kremsiz edin amma həvəsiniz varsa bir də kremlə dadına baxın:

Meyveli krem

50 qram giləmeyvə( çiyələk, malina ha da başqa sevdiyiniz )

100 qr kərə yağı

150 qr şəkər pudrası

İtaq temperaturunda kərə yağını Şəkər pudrası ilə çalın. Giləmeyvəni blenderdə əzin. Və qaşıq qaşıq kremə yedizdirin. Birdən töksəz çürüyəcək. Yaxşica yaö və pudranı çalın və bir qaşıq əlavə edin yenə çalın sonra əlavə edin. Hazır kremi peçenyeyə sürtün ve üstünə başqasını qoyun. Soyuducuda bir saat saxlayın və nuş!

Araxis yağlı krem

100 qr maskarpone pendiri və ya başqa krem pendiri

20-30 qr araxis yağı

Sadəcə bu iki ərzaği yaxşıca çaıin və peçenyəyı sürtün.

Edvalı peçenyeler

  
İstifade edeceyiniz erzaqlar:

110 qr kere yağı

70 qr şeker

3 xörek qaşığı bal

370 qr un

1 eded yumurta

1 çay qaşığı darçın

1 çay qaşığı zengefil

1 çay qaşığı hil

1 çay qaşığı soda

3-4 eded mixek( üyüdülmüş)

Hazırlanma qaydası:

  1. Otaq temperaturunda olan yağı şekerle çalırıq. Mikserle en aşağı süretle başlayıb get gede süretı maksimuma qeder artırırıq. Şeker meselesine geldikde qehveyi rengde şeker tapa bilsez bu resept üçün idealdır. yoxdursa elivizin altında ne varsa ondan istifade edin.
  2. Yumurta ve balı da elave edib yene mikserle yaxşıca çalın.
  3. Ayrı qabda evvelceden un, soda ve edvaları qarışdırın. Bu çox vacib manipulyasiyadır. Çünki quru mehsulları üç defeye xemire elave etmelisiz. Hem bu üçlüyü qıragda qarışdıranda xemir daha yaxşı alınır.
  4. Yuxarıda qeyd etdiyim kimi quru mehsullardan qarışımı göze yarı üç yere bölüb xemire qatıb qarışdırın. Mikserivizle de ede bilersiz elle de. Bunu öz vicdanıvıza ya da tembelliyivize hevale edirem.
  5. Möhkem xemir alınmalıdır. Eger xemir elivize yapışırsa bır az da un elave edib qarışdırın. Möhkem xemir dedikde qulaq memeviz yumşaqlığında olmalıdır, elivize yapışmamalıdır.
  6. Xemiri kündeleyin ve 35-40 deqiqeliyine soyuducuda u udub çaydan kofeden için;)
  7. 180 dereceye qoyub sobanızı yandırın. prçenyenı bişereceyiniz formaya kalka döşeyin. Oxlo ya da elınızle kundenı açın. ve elıvızın altında olan formalarla ona şekil verin. forma yoxdursa stakanda ya çaşkadan da istifade ede bilersiz. şertiliklerle özüvüzü ve etrafdakıları yormayın;)
  8. hazır peçenyaları kalkaya düzüb 10-12 deqiqelik sobaya gönderin. formadan asılı olaraq bu mıqdar xemirden iki – üç list peçenye alınır.
  9. her sobanın öz xarakteri var. ona göre avizane meslehetim: 7 ci deqiqeden sonra kontrol edin. Peçenyelerin üstü qehveyi rengde oldusa çıxardın.

peçenyenin üstüne qlazur elemek istesez : 200 qr şeker. tozu ile bir yumurta ağını vilka ile çalın. amma bunu peçenye soyuyandan sonra edin. qlazurun üstüne şokolad qırıqları ve ya kişmiş, qoz qırıqları da töke bilersiz.
Nuş olsun 😉

Yaşıl blinçikler

 

Vacib qeyd : bu növ blinçiklerin hazırlanması zamanı istediyiniz ve ya sevdiyiniz göyertiden istifade ede bilersiz. menim elimin altında ancaq şpinat var idi. başqa göyertiler burda etden daha bahadır;) 
İstifade edeceyiniz erzaqlar:

4 nefer üçün

bir balaca deste göyerti (100-150 qr)

yarım stakan su

1 stakan süd

bir stakan un

3 yumurta

duz

1 xörek qaşığı zeytun yağı

Hazırlanma qaydası:

  1. Göyertini yuyun ve qurudun. Sonra blenderde yatım stakan su ile ezin. Burda su meselesi bir az sizin seçimivize bağlıdır. Bezi food blogerler yazır kı, qazlı mineral su olmalıdır. menim kimi qazlı mineral suya nifret edenler ise adi sudan istifade edirler.
  2. Yumurtanı qabda duzla çalın. sonra südü elav edib yene çalın. Göyerti ve unu elave edin ve düyünler itene qeder çalın. Sonda yağı elave edin.
  3. Tavanı yaxşı qızdırın. orta ateşde blinçikleri qızardın.  
  4. Bu blinçikleri smetanla ya da gilemeyvelerle yemek olur.

Nuş olsun!

Qus südü tortu

  
istifade edeceyimiz erzaqlar siyahısı


xemir üçün

100 qram kere yağı ( otaq temperaturunda)

100 qr şeker

2 yumurta

vanil çubuğu ( yoxdursa vanil sekeri 2 ç.q)

140 qram un


Krem üçün

140 qr su

2 yumurta ağı

5 qr aqar aqar ( yoxdursa jelatın)

340 qr şeker

100 qr qatılaşdırılmış süd

140 qr kere yağı


bezek üçün

100 qr şokolad 

50 ml qaymaq

sevdiyiniz gilemeyve


bu miqdar 18 smlik tort üçündu


Hazırlanma qaydası

  1. Sobavızı yandırın (210 derecede). Kalkanı götürün, markerle ya da adi qelemle formavıza uyğun daireler çekin. bu işivizi asanlaşdıracaq. otaq temperaturunda  olan kere yağı ile şekeri mikserle çalın. yumurta ve vanili de elave edib çalın. Sonda unu elave edin. berk xemir alınacaq.  
  2. o xemiri yuxarıdakı şekildeki kimi dairelere yayın ve sobaya 10 deqiqelik gönderin. 5-6 deqiqeden sonra kontrol edin. xemir qızaran kimi götürün. eger xemir dairelerden yayılıbsa qorxusu yoxdur. formanın dibini xemirin üstüne qoyun ve artıq hisseleri kesin. xemiri soyumağa qoyub kremi hazırlamağa başlayaq.

Kremin hazırlanması:

  1. Aqar Aqarı men yeni keşf etmişem. demeli bu jelatin növü su yosunlarından alınır. bizde bioloji mağazalarda satılır. Eger tapa bilsez ondan istifade edin. yoxdursa jelatinden vurun getsin. demeli aqar aqarı ya jeltini soyuq suda 10 deqiqelik istadırıq. Sonra o su ile beraber qazana boşaldın yüksek ateşe qoyub qaynayana qeder qarışdırırıq. qaynamağa başlayanda şekeri elave edirik ve qarışdırmağa davam edirik. köpüklenmeye başlayanda kontrol edin qaşıqdan şire qırılmadan axırsa sirop hazırdır damcı damcı gelirse bir azda bişirin.  
  2. yumurtanın ağını sarısından ayırın ve mikserle çalın. aşağıdakı şekildeki kimi köpüklenene qeder  
  3. En çetin an ( bundan sonra şekıl yoxdur çünki menim cemi iki elim var ve teessüf ki şexsi fotoqrofum yoxdur). 80 dereceye qeder soyumuş siropumuzu yumurtanın ağı ile qarışdırmalıyıq. DİQQET: mikserivizi tam süretinde işledib yumurtanı çalmağındavam edin. Eyni zamanda siropu qabın qıraqlarına yavaş yavaş tökün. hamsini birden endersez krem çürüyecek. ona göre bir az bir az elave edin. diqqet edin sirop mikserin qaşıqlarına tökülmesin. beze kimi krem emele gelecek.  
  4. artıq kremde mikserin qaşıqları iz buraxmağa başlayanda qatılaşdırılmış südü ve yağı elave edin. yene çalın ve vualya krem hazır ( çetin deyil eslinde)

son shtrıxler

Bu tortun yğılması üçün men xemiri kesdiyim formadan bir ölçü böyük formadan istifade edirem. meselen 16 smlik formanın dibi ile xemiri kesmişemse 18 smlik formadan istifade edirem. formanin dibine klenka serirem ki tort ozunu tutandan sonra çıxartmaq asan olsun. xemirin birini klenkanın üstğne qoyuram formaya kremın yarısını tökürem ve ikinci xemiri kremin üstüne qoyub qalan kremi boşaldıram üstüne. ve 4-5 saatlıq soyuducuya gönderirem. 

  
4-5 saatdan sonra tortun üstüne şokoladla bezemek olar. men qaymağı qızdırıb sokoladı içinde eridirem. sonra tortun üstüne vurub yene soyuducuya gönderirem. amma siz eger şokoladı meyve ile bezemek istesez, buyurun edin.

şokolad berkiyenden sonra çayıvızı ya da kofevizi demleyib tortun dadına baxa bilersiz. inanılmaz ince dadı var.

Nuş olsun!!!

Ağ şerablı çiyelekli Sanqriya

  

İstifade edeceyiniz erzaqlar:

1 l ağ şerab

200 ml sprite

250 qr çiyelek

1 dene armud

4-5 budaq teze nane

Hazırlanma qaydası

1.Çiyeleyi, naneni ve armudu yuyub qurulayın. Xırda -xırda doğrayın.

2. Nanenı ezin.

3. hamsını bır qabda qarışdırıb  bir neçe saatlıq soyuducuya yollayın.

Qonaqlıqlar üçün  ya da isti havada bu içkiden ideal heç ne ola bilmez!!!